Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı (ADU TGT), AR Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə "Tələbələrarası I ingilis dili Olimpiadası" keçirəcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, iki mərhələdən (yarımfinal və final) ibarət olacaq olimpiadada ixtisasından asılı olmayaraq, ali və ya orta ixtisas təhsil müəssisələrində təhsil alan hər bir tələbə iştirak edə bilər.
"Tələbələrarası I ingilis dili Olimpiadası"nda iştirak etmək istəyənlər (http://atgti.az/offer/20130428044524133.html) keçidindən istifadə edərək qeydiyyata düşə bilərlər. Xatırladaq ki, Olimpiadaya qeydiyyat mayın 12-də bitəcək.
Qeyd edək ki, "Tələbələrarası I ingilis dili Olimpiadası"nın qalibləri netbuk, planşet kompyuter və digər qiymətli hədiyyələr qazanacaq, finalda iştirak hüququ qazanmış bütün tələbə - gənclər isə diplomlarla təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB