SAM-ın şöbə müdiri Kaliforniya Universitetində məruzə edib

SAM-ın şöbə müdiri Kaliforniya Universitetində məruzə edib

Hazırda ABŞ-da səfərdə olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı Los-Ancelesdəki Kaliforniya Universitetində "Resursla zəngin ölkələr: Diversifikasiya siyasəti" (Mining Countries: Breaking the Deadlock through Diversification) mövzusunda məruzə oxuyub. SAM-dan SİA-ya verilən məlumata görə, Dr.Qasımlı məruzəsini Almaniyada nəşr olunmuş "Resursla zəngin ölkələr: Modernizasiya və Diversifikasiya" (Resource-rich Countries: Modernization and Diversification) kitabının tezisləri əsasında qurub. SAM-ın şöbə müdiri məruzədə Çili, Malayziya, Azərbaycan, Çin və başqa ölkələrin nümunəsində resursların səmərəli istifadəsinin əsas istiqamətlərini göstərib. V.Qasımlı Azərbaycanda iqtisadi şaxələndirmə və modernizasiya siyasətinin bir-birini tamamlamasını bir inkişaf modeli olaraq təqdim edib.

Məruzəçi daha sonra Los-Ancelesdəki Kaliforniya Universitetinin tələbə və müəllimlərinin suallarını cavablandırıb.

SAM-ın elmi işçiləri Gülmira Rzayeva və Şahmar Hacıyev də tədbirdə iştirak ediblər.

Qeyd edək ki, 29 aprel - 8 may tarixlərində 15 nəfərdən ibarət Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti ABŞ-da rəsmi səfərdə olub və ABŞ-ın nüfuzlu beyin mərkəzləri və universitetlərində 20 konfrans, görüş və mühazirə keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə