Milli Parkın Bibiheybət qəsəbəsinə qədər uzadılması prosesi davam edir

Milli Parkın Bibiheybət qəsəbəsinə qədər uzadılması prosesi davam edir

"Milli Parkın Bibiheybət qəsəbəsinə qədər uzadılması üçün tədbirlər həyata keçirilir". SİA-nın xəbərinə görə, bu barədə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, ilk olaraq Azərbaycan Dövlət Neft Şirkətinin ərazisində qanuni və ya qeyri-qanuni olaraq məskunlaşmış vətəndaşlara dövlət tərəfindən müvafiq olaraq konpensasiyalar ödənilib və onların başqa ərazilərə köçürülməsi həyata keçirilib: "Hazırda Milli Parkın Bibiheybət qəsəbəsinə qədər uzadılması prosesi davam edir. Yaxın zamanlarda bu layihə də reallaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə