Asif Əsgərov: "Sürüşmə ilə bağlı narahat olmağa əsas yoxdur"

Asif Əsgərov: "Sürüşmə ilə bağlı narahat olmağa əsas yoxdur"

"Bakı şəhərində sürüşməsi aktiv olan zonalar çoxdur. Bayıl və Badamdar qəsəbələrində torpaq sürüşməsilə bağlı vaxtaşırı müəyyən problemlər olur. Hazırda sürüşmə zonasında vəziyyət stabildir". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov belə deyib. O bildirib ki, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu sahə üzrə fəaliyyət göstərən digər qurumlar İcra Hakimiyyətilə birgə adıçəkilən qəsəbələrdə torpaq sürüşməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirib: "Hazırda Bayıl və Badamdar qəsəbələrində vəziyyət sabitdir və bununla bağlı narahat olmağa əsas yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə