Mayın 9-da hava şəraiti necə olacaq?

Mayın 9-da hava şəraiti necə olacaq?

Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 11-16°, gündüz 18-23° isti olacaqdır.

Bakıda gecə 13-15°, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında

arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.

Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,

Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,

Daşkəsən, Gədəbəy rayonlarında

arabir yağış yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcəkdir.

Temperaturun gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-

Cəbrayıl rayonlarında

arabir yağış yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcəkdir.

Temperaturun gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında

arabir yağış yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcəkdir.

Temperatur gecə 8-13°, gündüz 18-23° isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,

Neftçala rayonlarında

arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.

Temperatur gecə 11-16°, gündüz 20-25° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında

arabir yağış yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcəkdir.

Temperaturun gecə 12-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə