Milli QHT Forumu konfrans keçirdi

Milli QHT Forumu konfrans keçirdi

..."Heydər Əliyev Azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir" mövzusunda

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Milli QHT Forumu və Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir" mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirildi. SİA-nın verdiyi məlumata görə, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın məzarı ziyarət olundu. Tədbiri giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli azərbaycanlıların tarixən üzləşdiyi soyqırım və deportasiyalardan danışaraq bildirib ki, bunlardan ən dəhşətlisi 1988-ci ildə soydaşlarımızın tarixi ərazilərindən çıxarılması olub. Tarix boyu azərbaycanlıların deportasiya və soyqırımına hüquqi-siyasi qiymət verilmədiyinin deyən Ə. Ələkbərlinin sözlərinə görə, ilk dəfə olaraq Heydər Əliyev bu istiqamətdə böyük işlər görüb: "Heydər Əliyev 31 mart soyqırımı ilə əlaqədar fərmanlar imzaladı və bu tarixi fakta hüquqi qiymət verildi".

Vətəndaşların sosial rifahı naminə İB-nin sədri,MQF İdarə Heyətinin sədr müavini İradə Rizazadə,Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli, Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə, Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü Cəmşid İrzaquliyev,Türkiyə Universitetləri Məzunları İB-nin sədri Çingiz Bayramov və digər QHT nümayəndələri çıxış edərək azərbaycanlıların deportasiyası və soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində göstərdiyi xidmətlərdən danışıblar.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə H. Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bu tədbirləri H. Əliyev siyasi irsinin araşdırılması istiqamətində bir şans kimi qiymətləndirib. O qeyd edib ki, XX əsrdə Azərbaycan xalqı bir çox dahilər yetişdirsə də, dövlətçilik və siyasi baxımdan H. Əliyevin xidmətləri əvəzsizdir: "Onun yenidən hakimiyyətə qayıtması ölkədə baş verən müəmmalı hadisələrə aydınlıq gətirdi və faciələrdən xalqımızı xilas etdi. Onun deportasiya olunan qərbi azərbaycanlılarla bağlı verdiyi sərəncamlar xüsusi əhəmiyyət kəsb edir". Eyni zamanda bildirdi ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Milli QHT Forumu və QHT Əməkdaşlıq Alyansı tərəfindən "Şuşaya azadlıq" kampaniyasına start verilmişdir.Rauf Zeyni bütün qht-ləri bu kampaniyaya qoşulmağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə