Gənclər üçün Təhsil Mərkəzinin üzvü Araz Hacıyev Türkiyə Cümhuriyyətinin Muğla şəhərində keçiriləcək "Muğla Gənclik Festivalı"nın hazırlanmasında və təşkilində iştirak edəcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, hər il təşkil edilən və hazırlığı 1 ay davam edən festivala dünyanın müxtəlif ölkələrindən gənclər cəlb edilir. İyun ayının 10-na qədər davam edəcək festivala qatılan ölkələrin gəncləri öz mədəni dəyərləri və milli adət-ənənələrini festivalda nümayiş etdirə biləcəklər.
Layihədə Azərbaycanla yanaşı İspaniya, Portuqaliya, Xorvatiya, Serbiya, Gürcüstan, Fransa, Danimarka və Yunanıstan təmsil olunur.
Qeyd edək ki, layihə Avropa Komissiyasının gənclər proqramı çərçivəsində həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB