Polis Şöbələrinin müvəqqəti saxlama yerlərində monitorinqlər keçirilib FOTO

Polis Şöbələrinin müvəqqəti saxlama yerlərində monitorinqlər keçirilib FOTO

ATƏT-in Bakı ofisinin dəstəyi ilə "Konstitusiya" Araşdırmalar Fondunun həyata keçirdiyi "Saxlama yerlərinin monitorinqi - 2013" layihəsi çərçivəsində Fondun nümayəndələri Şəki şəhəri, Goranboy rayonu, Abşeron rayon polis şöbələrində və Səbail rayon Polis İdarəsinin saxlama yerlərində (MSY) monitorinq həyata keçirib. Monitorinq zamanı müvəqqəti saxlama yerinə, o cümlədən saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə, görüş otaqlarına, mətbəxə, gəzinti meydançalarına baxış keçirilib. Eyni zamanda təqsirləndirilən və şübhəli bilinən şəxslərin qeydiyyatı və tibbi müayinə jurnalı nəzərdən keçirilib.

Saxlanılan şəxslər ilə söhbət aparılıb, hüquqları izah edilib. MSY-lərində saxlanılan şəxslərin saxlama şəraiti və rəftar ilə bağlı hər hansı bir şikayətləri olmayıb. Səbail RPİ-də MSY-də personal üçün təlim keçirilərək, saxlanılan şəxslərlə rəftar qaydaları, bu sahədə mövcud olan beynəlxalq standartlarla saxlanılan şəxslərin qidalanması, maddi-əşya təminatı ilə bağlı normativlər barədə məlumat verilib. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunin gətirdiyi yeniliklərlə bağlı izahat aparılıb.

Qeyd edək ki, monitorinq səfərləri zamanı MSY-lərdə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanununun normalarının tətbiqi müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə