Rusiyada fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Forumu" tərəfindən "Azərbaycan Atatürk Mərkəzi"ndə şair, publisist Mirkazım Seyidovun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Heydər Dühası" adlı poemasının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində Azərbaycan Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov, kitabın müəllifi Mirkazım Seyidov və digər ictimaiyyət nümayəndələri iştirak edib.
Təqdimat Mərasimində çıxış edən millət vəkili Nizami Cəfərov bildirib ki, nə qədər ki Azərbaycanda Ulu öndər Heydər Əliyev ideyaları, iş üslubu, idarəçilik texnologiyaları yaşayır və inkişaf edirsə, ölkəmizin taleyi haqqında heç bir narahatçılıq olmayacaq: "Bu kitab Mirkazım Seyidovun Ulu öndər Heydər Əliyev haqqında yazdığı ilk kitab deyil. O, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda Ümummilli lider Heydər Əliyevin xatirəsini yaşatmaq üçün çox böyük işlər görüb".
Daha sonra çıxış edən kitabın müəllifi Mirkazım Seyidov Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi poema haqqında tədbir iştirakçılarına məlumat verib: "Bu kitab üç illik əməyin məhsuludur. Bu kitabı yazmaq böyük məsuliyyət tələb edir. Amma çoxdan "Heydərşünaslıq" istiqamətində böyük yaradıcılıq işləri ilə məşğul olduğuma görə, bu kitabı da böyük həvəslə yazmışam. Kitabda Azərbaycanın ən ağır günlərində hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolu öz əksini tapıb. Azərbaycanın müstəqillik illərində əldə etdiyi bütün uğurlar Ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsidir".
Tədbirdə çıxış edənlər Mirkazım Seyidovun ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi poema haqqında fikir və düşüncələrini səsləndiriblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB