Oğuz İH: "Hər hansı aksiyadan söhbət gedə bilməz" TƏKZİB

Oğuz İH: "Hər hansı aksiyadan söhbət gedə bilməz" TƏKZİB

Bəzi kütləvi informasiya vasitələrində Oğuz rayon Xaçmaz kənd sakinlərinin sosial-iqtisadi tələblərlə bağlı etiraz aksiyası keçirdikləri haqqında həqiqətə uyğun olmayan informasiyalar yayıblar. SİA-ya Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirlər Planına uyğun olaraq bu gün digər kəndlərlə yanaşı, Xaçmaz kəndində də sakinlərlə görüş nəzərdə tutulub və hər hansı aksiyadan söhbət gedə bilməz. Mütəmadi olaraq Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz İnzibati Ərazi Dairəsində əhali ilə səyyar görüşləri keçirilir.

Məlumatda bildirilir ki, ötən günlərdə 8-10 sakin adından kənd yolunun təmiri ilə bağlı rayon İcra Hakimiyyətinin Ərazi icra nümayəndəliyinə müraciət edilib. Artıq Sincan – Xaçmaz - Filfilli kəndləri arası (23 km) avtomobil yolunun yenidən əsaslı tikilməsi məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən təşəbbüs göstərilərək aidiyyatı yuxarı təşkilatlara rəsmi müraciət edilib. Vəsait ayrılan zaman işlərə başlanacaq.

Rayonunun Xaçmaz kəndində 7142 nəfər əhali yaşayır. Xaçmaz kəndində 2011-2013-cü illərdə abonent sayı 1653 olan kənd daxili içməli su xətti çəkilərək əhalinin istifadəsinə verilib. "Qalaçay" su mənbəyindən 4,37 km magistral xətlə çəkilmiş içməli su boruları yeni tikilmiş və hər birinin tutumu 800m³ olan 2 ədəd su anbarından kəndə paylanır. Yeni istifadəyə verilmiş kənd daxili içməli su xətləri şəbəkəsinin uzunluğu 146 km-dir.

Xaçmaz kəndində qazlaşma ilə əlaqədar layihə-smeta sənədləri sifariş olunub və kəndə qaz çəkilişi cari ildə nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə