Rüstəm İbrahimbəyovdan Eldəniz Quliyevə 100 min dollarlıq ittiham QALMAQAL
Bu günlərdə kinorejissor Rüstəm İbrahimbəyovla "El" hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev arasında telefon danışığı olub. SİA-nın verdiyi məlumata görə, müxalifətdəki mənbədən milli.az-a bildiriblər ki, Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə zəng edərək əsəbini gizlədə bilməyib. Belə ki, Rüstəm İbrahimbəyov telefon danışığında "El" hərəkatının fəaliyyətindən narazılığını bildirib.
Telefon danışığı zamanı məlum olub ki, bu məsələ ilə bağlı Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə 100 min dollar məbləğində pul ayırıb. Bunun müqabilində "El" hərəkatı effektli fəaliyyət göstərməli idi.
Mənbənin məlumatına görə, Rüstəm İbrahimbəyov telefon danışığında Eldəniz Quliyevə fəaliyyəti belə davam etdirəcəyi təqdirdə ikinci tranşı ayırmayacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB