Avropa “Avropa Günü”nü qeyd edir

Avropa “Avropa Günü”nü qeyd edir

Avropa ölkələrində 9 may Avropa Günü kimi qeyd olunur. Həmin gün sülh və həmrəylik kimi bəşəri dəyərlərin təbliğinə diqqətin daha da artırılması istiqamətində fəaliyyətlər həyata keçirilir. AGAT-dan SİA-ya verilən məlumata görə, bu məqsədlə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "Avropa Günü" adlı tədbir təşkil edəcək.

AGAT-ın bu tədbiri keçirməkdə məqsədi, Azərbaycanın Avropa ailəsinin üzvü kimi avrointeqrasiya prosesinə verdiyi önəmi vurğulamaq, universal dəyərlərin ölkəmiz üçün vacib olduğunu qeyd etməkdir.

Qeyd edək ki, tədbir çərçivəsində rəsmi çıxışlar və Avropa fotoqraflarının sərgisi nəzərdə tutulub. Tədbirdə BMT, Rumıniya, Fransa, Türkiyə, Polşa Səfirliklərinin səfirləri və nümayəndələri, millət vəkilləri, milli icmalar və QHT sədrləri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə