Buludlu hava şəraiti ayın 11-nə kimi davam edəcək

Buludlu hava şəraiti ayın 11-nə kimi davam edəcək

"Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, qısa müddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi gündüz cənub küləyilə əvəz olunacaq". Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. O bildirib ki, ayın doqquzunda Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 23 dərəcə təşkil edəcək: "Artıq ayın 10-da və 11-də paytaxtda hava şəraiti dəyişkən buludlu və yağmursuz keçəcək, mülayim cənub küləyi əsasəcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu bu günlə müqayisədə ayın 10-da və 11-də tədricən 2-3 dərəcə yüksələrək günorta saatlarında 25 dərəcə isti müşahidə olunacaq".

Gürşad Məmmədova qeyd edib ki, ölkənin bölgələrində bu gün yağıntılı hava şəraiti müşahidə olunur: "Lakin ayın 9-da gündüz saatlarında yağıntıların tədricən kəsiləcəyi, 10-da və 11-də yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək, havanın temperaturu günorta saatlarında mərkəzi aran rayonlarında 23-28 dərəcə, dağlıq rayonlarda isə 15-20 dərəcə müşahidə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə