Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.

Temperaturun gecə 10-15°, gündüz 18-23°, Bakıda gecə 13-15°, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında

şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,

həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,

Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,

İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

Quba, Xaçmaz və Qusar rayonlarında

şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,

Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,

Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında

əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında

şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15°, gündüz 19-24°, dağlarda gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə