DİN-də qanvermə aksiyası keçirilib

DİN-də qanvermə aksiyası keçirilib

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında, Çevik Polis Alayında qanvermə aksiyası keçirilib. DİN-dən SİA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən təşkil olunan bu tədbirdə 600-dən çox polis əməkdaşı iştirak edib. Növbəti belə nəcib təşəbbüs mayın 8-də Xətai Rayon Polis İdarəsində həyata keçiriləcək.

Qeyd edək ki, toplanmış qan hemofiliyalı və talassemiyalı xəstələrə kömək məqsədilə respublika Mərkəzi Qan Bankına təhvil veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə