"Göygöl rayonunun dağ kəndlərində müəllim çatışmazlığı problemi həllini tapmayıb". Bu barədə SİA-nın bölgə müxbirinə Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev bildirib.
Onun sözlərinə görə, əsasən texniki fənnlərin tədrisinə ehtiyac durmadan artmaqdadır: "Müəllim adı alan gənc kadrların dağ kəndlərində işləmələri üçün bütün lazımı imkanlar yaradılır. Ancaq həqiqət ondan ibarətdir ki, şəhərdə yaşayan, şəhərdə oxuyan gənclərin sonradan kəndlərə getməsi asan reallaşmır. Bu istiqamətdə lazımı işlər aparılsa da, məsələ tam həllini tapmayıb. Təkcə Göygöldə 10-dan artıq pedaqoqa ehtiyac var".
Rəsmi statistikaya əsasən bu gün Göygöl rayonun tədris ocaqlarında 1700-dən artıq pedaqoq çalışır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB