Sumqayıtda gənc rəssamların sərgisi keçiriləcək FOTOLAR

Sumqayıtda gənc rəssamların sərgisi keçiriləcək FOTOLAR

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən "Rənglərin dili ilə" gənc rəssamlara dəstək layihəsinin təqdimatı olub. SİA-ya verilən məlumata görə, gənc rəssamların və media nümayəndələrinin qatıldığı təqdimatda layihə çərçivəsində görüləcək işlər barədə məlumat verilib.

Layihənin icraçısı Vüsal Məmmədov bildirib ki, layihə iki istiqaməti əhatə edir. İlk olaraq gənc rəssamların sərgisi təşkil olunacaq, daha sonra isə həmin rəssamların əsərlərinin və bioqrafiyalarının toplandığı dərgi çap olunacaq.

Bildirilib ki, layihə çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək gənc rəssamların informasiya bazası yaradılıb. Layihənin məqsədi gənc rəssamların istedadlarının üzə çıxarılması, onların stimullaşdırılması və rəssamlıq sənətinin inkişafına fayda verməkdir. Gənclərin əsərlərindən ibarət sərginin təşkili, eləcə də onların əsərləri ilə yanaşı bioqrafiyalarının da daxil olduğu dərginin çapı gənc rəssamların fəaliyyətlərini kütləvişləşdirəcək, onlara populyarlıq qazandıraraq fəaliyyətlərini bir qədər də stimullaşdıracaq, eyni zamanda bu sahəyə marağı artıracaq.

Qeyd edək ki, gənc rəssamların sərgisi may ayının 11-də Sumqayıt şəhər Rəsm Qalareyasında açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə