Gəncədə Ümummilli lider Heydər Əliyevin 90 -illik yubileyinə həsr olunan tədbirlər davam edir

Gəncədə Ümummilli lider Heydər Əliyevin 90 -illik yubileyinə həsr olunan tədbirlər davam edir

Gəncənin orta məktəblərində Ümummilli lider Heydər Əliyevin 90 - illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, belə tədbirlərdən biri də Gəncə şəhər 21-saylı orta məktəbdə reallaşıb. Tədris ocağının direktoru Vidadi Quliyev çıxış edərək bildirib ki, dahi siyasi xadim Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan yox olmaq təhlükəsindən qurtularaq azad, güclü, demokratik bir dövlətə çevrilib: "Məhz Ulu öndərin səyləri nəticəsində bu gün Azərbaycanla nəinki qonşu MDB ölkələri, eyni zamanda dünyanın güc dövlətləri də hesablaşır, Azərbaycan xalqının maraqlarını nəzərə alır. Bu cür tədbirlərin təşkili isə bir daha xalqın Ümummilli lider Heydər Əliyevə olan məhəbbətinin təzahürüdür".

Qeyd edək ki, tədbirin sonunda şagirdlər tərəfindən Ulu öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib. Görkəmli siyasətçi hörmət və ehtiramla anılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə