Millət vəkili Qənirə Paşayeva Giresun Universitetində təşkil edilən "Gender bərabərliyinin və qadına qarşı zorakılığın qarşısının alınmasında dövlət siyasətləri və ictimai məsuliyyət" adlı simpoziumun açılışında geniş məruzə ilə çıxış edib. Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən Giresun Universitetinin rektoru Aygün Attar salamlama və açılış çıxışında bütün dünyada qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün yerli qanunvericilik sənədlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və qadınlara yönələn təhsil və araşdırma layihələrinin həyata keçirilməsinin vacibliyindən danışdı.
15 ölkədən nümayəndələrin qatıldığı beynəlxalq simpoziumdakı çıxışında millət vəkili Qənirə Paşayeva bildirib ki, çox təəssüf ki, bu gün də dünyanın hər yerində qadın haqları ilə bağlı tədbirlərdə iştirakçıların əksəriyyətini qadınlar təşkil edir. Qadın haqları sahəsində problemlərin tək qadınların deyil, bütün toplumun problemi olması düşüncəsi təəssüf ki, hələ də istənilən səviyyədə deyil. Təcrübələr göstərir ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülür, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır.
Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması dövlətin prioritetləri sırasındadır .
"Qadınlara qarşı zorakılıq mövzusu mənim ölkəm üçün çox həssas və ağrılı bir mövzudur. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, həmin ərazilərdə etnik təmizləmə siyasətini aparıb. 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan onların öz yurd-yuvasına dönməsinə imkan verməməklə bu insanların təməl insan haqlarını tapdalamqda davam edir. Yüz minlərlə azərbaycanlı məcburi köçkün qadınlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər, onlar insan haqları Ermənistan tərəfindən pozulmaqda davam edir. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar bu vəziyyətə laqeyd qalmamalı, öz etiraz səsini
ucaltmalı və azəbaycanlı məcburi köçkün qadınların haqlarının müdafiəsi istiqamətində səylərini artırmalıdırlar.
"Qadınlar həm də gənc nəslin tərbiyəçisi, cəmiyyəti quran ailənin özəyidirlər. Onlar gənc nəslə ali dəyərlə və ali prinsiplər aşılayırlar. Bunun üçün isə qadınlar savadlı olmalı və mükəmməl təhsil almalıdırlar. Çox təəssüf ki, bu gün dünyada savadsız və təhsilsiz yüz minlərlə insanlar arasında qadınlar böyük çoxluq təşkil edirlər. Bu baxımdan bütün dünyada qadınların təhsili məsələsi xüsusi diqqət mərkəzində olmalıdır. Qızların təhsili məsələsinə çıxışında geniş yer verən millət vəkili Qənirə Paşayeva savadlı cəmiyyət savadlı anadan keçir deyib. Erkən nikahların doğurduğu mənfi nəticələrdən danışan millət vəkili Qənirə Paşayeva həmçinin qadınlara qarşı zorakılıq, məişət zorakılığı, ailədaxili zorakılıq kimi mənfi hallara qaraşı mübarizə istiqamətinə daha çox diqqət və vaxt ayırmağa çağırıb.
Millət vəkili qızların və qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması istiqamətdə rol modellər olaraq fəal xanımların üzərinə böyük məsuliyyət düşdüyünü deyib və onları gənc qızların cəmiyyətdə daha da fəallaşmasına dəstəklərini daha da artırmağa çağırıb.
UNESCO Gender Bərabərliyi Departamenti müdiri Saniye Gülser Corat dünyada 800 milyon insanın oxuma və yaza bilmədiyini qeyd edərək, onun 3/4 hissəsinin qadınların təşkil etdiyini dedi və UNESCO tərəfindən bu sahədə görülən işlərdən danışdı.
Giresun Universiteti Millət vəkili Qənirə Paşayevanın çıxışından bir hissəni youtube-a yerləşdirib, onu təqdim edirik
http://www.youtube.com/watch?v=GWZRef9Ptfg&feature=share
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB