Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub
Masallı rayonunun Mahmudavar kəndində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Mahmudavar kənd mərkəzində Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyublar. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri var: "Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı birbaşa Ümummilli liderin adı ilə bağlıdır. Gündən-günə ölkəmiz Ulu öndər Heydər Əliyevin siyasi varisi hörmətli Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Belə ki, ölkəmiz gözəlləşir, inkişaf edir. Bütün bölgələrdə abadlıq, quruculuq işləri sürətlə davam edir".
Sonra Yeni Azərbaycan Partiyası (YAP) siyasi şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov, "Detal" Şirkətlər qrupunun prezidenti Sərxan Babayev və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin bəşəriyyətin yetirdiyi dahi şəxsiyyət olduğunu bildiriblər.
Qeyd olunub ki, məhz dahi rəhbərin yenidən hakimiyyətə gəlməsi sayəsində Azərbaycan xalqı tarixin ağır və sərt sınaqlarından uğurla çıxıb.
Tədbirin sonunda Mahmudavar Folklor kollektivinin ifasında konsert proqramı təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB