Bakı Şəhər İcra Hakimiyyəti şəhər sakinlərini Gül bayramına dəvət edir - ELAN
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını mayın 10-da keçiriləcək Gül bayramına dəvət edir. Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən ELAN-ın mətnində deyilir:
Əziz bacı və qardaşlar, hörmətli qonaqlar!
Bakı Şəhər İcra Hakimiyyəti sizi bu təravətli və füsunkar bahar günlərində Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider, Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 10-da Heydər Əliyev adına Parkda keçiriləcək Gül bayramına dəvət edir.
Bayram şənlikləri saat 12:00-dan Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında başlayacaq və dənizkənarı Milli Parkda Saat qülləsi yanında saat 21:00-dan bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam etdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB