Ölkə başçısı Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb

Ölkə başçısı Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, İmanov Kamran Sultan oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Kərimov Fuad Hüsü oğlu "Tərəqqi" medalı ilə, Bədəlbəyli Nadirə Rasim qızı və Həsənli Xudayət İskəndər oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə