Ənənəvi olaraq "Səs" qəzetində təşkil olunan növbəti dəyirmi masa Şuşanın işğalı gününə həsr olunub. Dəyirmi masada o illərdə Şuşanın müdafiəsi zamanı döyüşlərdə iştirak edən insanlar, həmin dövrdə Şuşanın idarə və təşkilatlarında rəhbər vəzifədə çalışan şəxslər iştirak edib
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Şuşada baş verən olayları qısa bir şəkildə diqqətə çatdırıb. Bildirib ki, ermənilərin törətdikləri soyqırımı siyasəti onların Azərbaycana qarşı iddialı təcavüzü torpaqlarımızın işğalı ilə nəticələnmişdir. Şuşanın işğalı da bu planın bir parçası idi.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 1992-ci ilin mayın 8-də ermənilər tərəfindən zəbt olunmuş Şuşaya əslində həmlə planı çoxdan hazırlanmışdı. 1991-ci ilin sonlarına doğru Dağlıq Qarabağ bölgəsində vəziyyət çox mürəkkəb idi. Cəbhə boyu üstünlüyü ələ alan erməni silahlı birləşmələri hər gün Şuşanın işğalına daha bir addım yaxınlaşırdılar. 1991-ci ilin dekabrında Kərkicahanın zəbt olunması Şuşanın süqutuna yol açdı. O dövrdə ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi isə işğal faktının qarşısını almağa imkan vermədi.
Çıxışlarda vurğulanıb ki, üzərindən 21 il keçməsinə baxmayaraq, nəinki Şuşa, işğal olunan digər ərazilərimiz də tezliklə düşmən tapdağından azad olunacaq. Azərbaycan xalqı işğal günlərini deyil, qələbəni bayram edəcək.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB