Qaradağ rayonunda qələbənin 68-ci ildönümü münasibətilə tədbir keçirilib FOTO
Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki "Şəhidlər" Abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavinləri, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib. İlk öncə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavinləri və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra rayonun idarə, müəssisə və təşkilatlat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanıb ictimaiyyət nümayəndələri Böyük Vətən müharibəsində həlak olanların əziz xatirəsini yad edərək abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildiriblər.
Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon Təşkilatının binasında Böyük Vətən Müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
Görüşdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayon ictimaiyyəti iştirak edib. Çıxışında Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il imzaladığı "1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərinin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə" sərəncamının əhəmiyyətini vurğulayaraq bunun bir daha dövlətimizin onlara göstərdiyi daimi diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. Daha sonra Böyük Vətən Müharibəsinin iştirakçılarına Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB