Tələbələrimz NATO-nun Baş katibi ilə görüşüb

Tələbələrimz NATO-nun Baş katibi ilə görüşüb

Cari ilin may ayından etibarən müxtəlif Avropa universitetlərində təhsil alan 4 nəfər azərbaycanlı tələbə Avropa Parlamentində təcrübə proqramında iştirak edirlər. SİA-nın məluamtına görə, proqram Partnyor Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilir.

2 aylıq dövr ərzində tələbələr Avropa Parlamenti qanunvericilik prosesi ilə yaxından tanış olmaq, Parlamentin komitə iclaslarında müşahidəçi qismində iştirak etməklə yanaşı, təcrübə proqramlarında onların işinə rəhbərlik edən millət vəkillərinin, eləcə də onların üzvü olduqları siyasi partiyaların fəaliyyətini yaxından izləmək imkanı əldə edəcəklər.

Bu proqram öz növbəsində həmçinin yüksək ranqlı Avropa siyasətçiləri ilə gündəlik təmasda olmaq, onlarla Azərbaycan Respublikasının xarici siyasət kursunu müzakirə etmək, eləcə də problemləri qabartmaq üçün müstəsna bir imkan yaratmaqdadır.

Qeyd edək ki, tələbələrimiz bu qəbildən olan görüşlərdə staj proqramının ilk günlərindən iştirak etmək imkanı əldə ediblər. Belə ki, bu gün onlar NATO Baş katibi Anders Foq Rassmussenin əsas qonaq olduğu konfransda iştirak ediblər. Tədbirin sonunda azərbaycanlı stajorlarla yaxından tanış olan baş katib onlara proqramda uğurlu iştirak arzulayıb.

Sonda Anders Foq Rassmussen gənclərlə xatirə şəkili çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə