Qaradağ rayonunda Gül bayramı qeyd olunub FOTO

Qaradağ rayonunda Gül bayramı qeyd olunub FOTO

Qaradağ rayonunda Gül bayramı qeyd olunub. Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda keçirilən tədbir öz rəngarəngliyi ilə seçilib. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev və Mixael Zabelin, Şura üzvləri, Beynəlxalq konfrans çərçivəsində ölkəmizə Ukrayna və Rusiyadan gəlmiş qonaqlar və rayon ictimaiyyəti iştirak edib.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən bayramda orta məktəblərdə, liseylərdə təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Güllərdən hörülmüş müxtəlif əl işləri, rəngarəng kompozisiyalar parkı bəzəyib. Milli geyimdə, al-əlvan paltarlı körpələr bu sərgiyə xüsusi rəng qatıb. Ulu öndər Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın güllərdən bəzədilmiş portretləri öz füsünkarlığı ilə seçilib. Azərbaycanın tarixi abidələrini, milli dəyərlərini, incəsənətini əks etdirən əl işləri də tədbirdə sərgilənib.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir, tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən konsertlə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə