“Şuşaya azadlıq” kampaniyasına start verildi

“Şuşaya azadlıq” kampaniyasına start verildi

Azərbaycan Milli QHT Forumunda görüş keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, görüşdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni ilə MQF departament rəhbərləri arasında "Şuşaya azadlıq" kampaniyasına hərtərəfli dəstək vermək məsələləri müzakirə olunub. "Şuşaya azadlıq" kampaniyası ilə əlaqədar bir sıra təkliflər irəli sürülüb, 1 il ərzində müxtəlif layihələr əsasında kampaniyanın aparılması nəzərdə tutulub. Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir və onun azad edilməsi hər bir Azərbaycan vətəndaşının borcudur.

Bütün xəbərlər Facebook səhifəmizdə