"ASAN xidmət"də YARAT!-ın sərgisi nümayiş olunur

"ASAN xidmət"də YARAT!-ın sərgisi nümayiş olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və YARAT! Müasir İncəsənət Məkanı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində birgə sərgi təşkil ediblər.

SİA-nın məlumatına görə, tədbirdə Dövlət Agentliyinin sədri İnam Kərimov və YARAT! Müasir İncəsənət Məkanının rəhbəri Aidə Mahmudova açılış nitqi ilə çıxış ediblər. Açılış mərasimində, həmçinin kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiyasiyasının prezidenti Fuad Məmmədov çıxış edərək "ASAN xidmət" mərkəzində yaradılmış şəraitdən, o cümlədən sərginin mahiyyətindən bəhs edib.

Qeyd edək ki, Fərid Rəsulov, Faiq Əhməd və Çingiz Babayevin sərgidə nümayiş etdirilən əsərləri "ASAN xidmət" mərkəzinin xidmətlərindən faydalanan çoxsaylı vətəndaşlara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə