SAM-ın əməkdaşları Stanford və Kaliforniya Universitetlərində məruzələr ediblər
Bu gün SAM-ın direktor müavini Gülşən Paşayeva Stanford Universitetinin Beynəlxalq Münaqişələr və Danışıqlar Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda mövcud vəziyyət və hazırkı çıxılmaz vəziyyətdən çıxış yolları" mövzusunda mühazirə ilə çıxış edib. SAM-dan SİA-ya verilən məlumata görə, G.Paşayeva öz çıxışında hazırkı danışıqlar prosesində yaranmış çıxılmaz vəziyyətin səbəblərini təhlil edib, bu prosesdə irəliləyiş əldə etmək üçün müvafiq addımların atılmasının labüdlüyünü vurğulayıb və mühazirə iştirakçılarının suallarını cavablandırıb.
Həmçinin SAM-ın nümayəndə heyəti mayın 7-də San-Dieqoda Kaliforniya Universitetində "Resursla zəngin ölkələr: Diversifikasiya siyasəti" mövzusunda seminar keçirib. Seminarda SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Resursla zəngin ölkələr: Diversifikasiya siyasəti" (Mining Countries: Breaking the Deadlock through Diversification) və aparıcı elmi işçi Gülmira Rzayeva "Xəzər bölgəsindən enerji marşrutlarının diversifikasiyası" (Diversification of energy routes from Caspian) mövzusunda məruzələr ediblər.
Qeyd edək ki, San-Dieqoda Kaliforniya Universiteti və SAM arasında elmi əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB