Havalar sərinləşəcək

Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluğun artacağı ehtimalı var. Günün ikinci yarısında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Ölkənin rayonlarında günün ikinci yarısından bəzi şimal və qərb rayonlarında, axşam isə əksər rayonlarda hava şəraitinin dəyişiləcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra mayın 07-08-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Mayın 09-u gündüz, 10-da biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Uzun müddət davam edən anomal isti hava şəraitinindən sonra mayın 07-si axşamdan başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, yaxın 2-3 gün ərzində temperaturun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə