SAM-ın elmi işçiləri seminar keçirib

SAM-ın elmi işçiləri seminar keçirib

Hazırda ABŞ-da səfərdə olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti bu gün Berklidə Kaliforniya Universitetinin Enerji İnstitutunda (University of California, the Energy Institute) "Enerji ilə zəngin ölkələrdə enerji səmərəliliyi" mövzusunda seminar keçirib. SAM-dan SİA-ya verilən məlumata görə, seminarda SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Yaşıl iqtisadiyyat" (Green economy), aparıcı elmi işçi Gülmira Rzayeva "Dövlət sektorunda enerji səmərəliliyinə əsaslanan tədarük siyasəti" (Energy Efficient Purchase Policy in Public Sector) və elmi işçi Şahmar Hacıyev "Enerji səmərəliliyi" (Energy efficiency) mövzusunda məruzələr ediblər.

Bununla yanaşı SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili-Əliyev də RAND Korporasiyasında (Santa-Monika) "Azərbaycanın regional təhlükəsizliyin təmin edilməsində rolu" mövzusunda mühazirə ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə