Lənkəranda “Sabitlikdən sosial rifaha” adlı kitabının təqdimatı keçirilib
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr etdiyi "Sabitlikdən sosial rifaha" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın Sənub bürosunun verdiyi məlumata görə, rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin toplaşdığı təqdimat mərasimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq tədbirin məqsədi bağlı məlumat verərək qeyd edib ki, bu gün respublikamızın bütün bölgələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
Dövlətin müxtəlif sferalarında təmsil olunan Heydər Əliyev siyasətinin vurğunları Dahi Öndərə olan məhəbbət və rəğbətlərini müxtəlif formada izhar edirlər. İcra başçısı əlavə edib ki, Milli Məclisin Sosial-siyasət komitəsinin sədri, Millət vəkili Hadi Rəcəbli də öz növbəsində ərsəyə gətirdiyi "Sabitlikdən sosial rifaha" adlı kitabı ilə bir daha özünün Heydər Əliyev siyasi kursuna sadiqliyini, Ulu öndərin ideyalarının təbliğatçısı olduğunu nümayiş etdirib və onu bir siyasətçi kimi yetişməsində əvəzolunmaz rolu olan dahi şəxsiyyətə minnətdarlığını ifadə edib.
Lənkəran Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Rakif İbadov kitab haqqında hazırladığı geniş tədqiqat məruzəsi ilə çıxış edib. Məruzəçi bildirib ki, bu gün bütün dünya tərəfindən fenomen şəxsiyyət kimi qiymətləndirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağ lı cildlərlə əsərlər yazılmasına baxmayaraq Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor H.Rəcəblinin qələmə aldığı "Sabitlikdən sosial rifaha" adlı kitabı özünəməxsus elmi-publisistik yaradıcılığı ilə seçilir. Kitabla yaxından tanış olarkən məlum olur ki, Heydər Əliyev dövlətçilik məktəbinin məzunu sayılan müəllif qələmə aldığı əsərində dahi öndərin fəlsəfəsinə yol tapa bilib, onun dərin zəkasından layiqincə bəhrələnib. R.İbadov qeyd edib ki, kitab təsadüfən "Sabitlikdən sosial rifaha" adlandırılmayıb. Belə ki, xalqın fəlakətdə, ölkənin böhranda, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya olduğu, xaosun, siyasi hakimiyyətsizliyin höküm sürdüyü, xalqın səfalətdə olduğu bir vaxtda Azərbaycanın idarəçilik sükanı arxasına keçən Heydər Əliyevin dərin və doğru düşünülmüş uzaqgörən siyasəti nəticəsində qısa müddətdə respublikada intibah dövrünə qədəm qoyub, dövlətimiz istər bölgədə, istərsə də bütün dünyada yenilməz güc və təsirli söz sahibinə çevrilib.
Sonra məruzə ətrafında Mədəniyyət işçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Elduzə Əhmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağamir Cavad, Lənkəran Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Uğur Qurbanzadə, həmçinin cəmiyyətin bütün sferalarında çalışan insanlar – tarixçilər, tədqiqatçılar, siyasətçilər, müəllim və tələbələr üçün də maraqlı mənbə ola biləcək kitabda toplanan məlumatların dəqiq və elmi faktlarla əsaslandırıldığını, hadisələrin bir başa iştirakçının qələmindən yazılmasının əsərə daha da dəyər qazandırdığını qeyd ediblər.
Mərasimdə kitabın müəllifi H.Rəcəbli çıxış edərək ona göstərilən yüksək diqqətə və tədbirin təşkilatçılığına görə ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlığını bildirib.
Tədbiri yekunlaşdıran İcra başçısı bir daha müəllifə fəaliyyətində uğurlar arzulyıb, hamı üçün dəyərli mənbə olan kitabın layiqincə təbliğ olunması və rayon sakinləri arasında geniş yayılması üçün tədbirlərin görüləcəyini bildirib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB