DSX-nın Hərbi Hospitalı müayinə aksiyası keçirib

DSX-nın Hərbi Hospitalı müayinə aksiyası keçirib

Qusar rayon Həzrə kəndində Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Hospitalın həkimləri sakinlər üçün tibbi müayinə və müalicə aksiyası keçirib.

Həzrə Sərhəd Komendatlığında təşkil olunan səyyar hospitalda ayrı-ayrı xəstəliklərin müayinə və müalicəsi üçün 20-dək həkim cəlb olunub. Xəstələrə yerindəcə pulsuz dərmanlar verilib. Cərrahiyyə əməlyatlarına və digər stasionar müalicəyə ehtiyacı olanlar isə Bakı şəhərində yerləşən hərbi hosbitala göndərilib. Mayın 3-dən 5-dək davam edən aksiyada rayonun sərhədyanı ərazilərdə yerləşən 20 yaşayış məntəqəsindən 300-dək vətəndaşa səyyar tibbi xidmətin göstərilməsi nəzərdə tutulub.

Emin Kərimov, Qusar

Bütün xəbərlər Facebook səhifəmizdə