Bu gün Bakıda sonuncu mərhələsi keçirilən "Tour d’Azerbaidjan" beynəlxalq velosiped turu ilə bağlı paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə SİA-ya Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, paytaxtın Azneft meydanı, Neftçilər prospekti, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti, Hüseyn Cavid prospekti, İnşaatçılar prospekti, S.Vurğun küçəsi, Bülbül küçəsi, Zərifə Əliyeva prospekti, Üzeyir Hacıbəyov küçəsi, Puşkin küçəsi və Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB