Bakı Sərgi Mərkəzində mayın 22-dən 24-dək "WorldFood Azerbaijan-2013" Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, artıq 19-cu ildir ki keçirilən "WorldFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesinin ən böyük tədbiri kimi öz mövqeyini tam möhkəmləndirib. Keçirildiyi uzun illər ərzində "WorldFood Azerbaijan" sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və "ITE Group plc" şirkətləri çıxış edirlər.
Bu il sərgidə dünyanın 26 ölkəsindən 100-dən çox şirkət iştirak edəcək. Onların arasında Rusiya, Belarus, Polşa, Almaniya, Çexiya, Hollandiya, Latviya, Türkiyə, İtaliya və İspaniya kimi ölkələr yer alırlar. Bu il ilk dəfə olaraq Latviya, Moldova, Belçika və İran milli ekspozisiyaları ilə çıxış edəcəklər. Eksponentlərin ümumi sayının 60 faizini debütantlar təşkil edir. Sərginin ümumi ekspozisiyasının 40 faizini təşkil edən Azərbaycan şirkətləri də sərgidə fəal iştirak edəcəklər.
Ekspozisiya qida məhsullarının təqdim olunması baxımından mühüm marketinq funksiyasını yerinə yetirməklə yanaşı, həm də innovasiyalı məhsulların nümayişi və onlarla tanışlıq üçün platforma hesab olunur. Belə ki, bu il sərgidə ziyarətçiləri aparıcı istehsalçılar, məşhur brendlərin distribütorları, habelə yeni məhsulları ilə tanış olacaqlar. "WorldFood Azerbaijan" sərgisi mövzu ilə bağlı bir neçə ekspozisiyanı özündə birləşdirir - qida sənayesi, içkilər və texnologiyalar. Sərgidə ət, konservləşdirilmiş məhsullar, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları və içkilərdən ibarət stendlər təqdim olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB