Bu gün Binə qəsəbəsindəki "Elite Horse Club"un açıq manejində atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnirin final mərhələsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirin qalibi Azərbaycan idmançısı Patrik MC Entee olub.
Turnirin final mərhələsinin açılışında çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, Ulu Öndərin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
Azərbaycanın dövlət himni səsləndikdən sonar beynəlxalq turnirin final yarışları başlayıb.
Bildirilib ki, turnirdə Azərbaycan, Gürcüstan, Polşa və İrandan ümumiliklə 28 idmançı 65 atla iştirak edib. Turnirin ümumi mükafat fondu 265 ABŞ min ABŞ dollarıdır.
Azərbaycanın dövlət himni səsləndikdən sonar beynəlxalq turnirin final yarışları başlayıb. Azərbaycan idmançısı Patrik Entee "Zidane D" atı ilə turnirin qalibi olaraq Heydər Əliyev kubokuna sahib olub.
Yarışda 2-ci yerə Polşa idmançısı Aleksandra Lusina "Kalinka MNM" atı ilə, 3-cü, 4-cü və 5-ci yerlərə İran idmançıları çıxıblar. Qaliblərə mükafatlar təqdim olunduqdan sonra Qarabağ atlarının keçidi olub.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB