Atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnirin final mərhələsi keçirilir YENİLƏNİR
Binə qəsəbəsindəki "Elite Horse Club"un açıq manejində atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnirin final mərhələsi gərgin mübarizə şəraitində keçir. SİA-nın verdiyi xəbərə görə, final mərəhələsində 29 idmançı mübarizə aparır. Maneələrin hündürlüyü 150 santımetrdir.
Tədbirin açılışında Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
Azərbaycanın dövlət himni səsləndikdən sonra beynəlxalq turnirin final yarışları başlayıb.
İdmançılar çıxışlarını başa vurduqdan sonra qalib müəyyən olunacaq.
Hazırda 15 idmançı çıxışnı başa vurub.
Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Polşa və İrandan ümumiliklə 29 idmançı 65 atla iştirak edir.
Yarışlar davam edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB