Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 29 dərəcəyədək isti olacağı gözlənilir.
Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq.
Mayın 3-5-də Azərbaycan rayonlarında isti və əsasən yağıntısız və bəzi rayonlarda səhər saatlarında dumanlı hava şəraiti ehtimal edilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafı və böyüməsi, səpin və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq. Qışlaqlarda səhər saatlarında ehtimal edilən dumanlar mal-qaranın otarılmasıni bir qədər çətinləşdirə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB