Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Azərbaycana dəvət etdiyi "Mançester Yunayted" klubunun əfsanəvi hücumçusu Duayt Yorkla görüş təşkil edib. "Sharks Mobile" diler mağazasında baş tutan görüşdə York fanatları ilə söhbətləşib, avtoqraf verib və şəkil çəkdirib.
Jurnalistlərin suallarını cavablandıran York ötən gün veteran futbolçular arasında keçirilən yoldaşlıq görüşü, "Mançester Yuyayted"dəki oyunu, komandanın indiki heyəti, İngiltərə Premyer Liqasının hazırkı vəziyyəti və s. haqqında fikirlərini bölüşüb. O, hazırda SkySport kanalında idman şərhçisi kimi fəaliyyət göstərdiyini, eyni zamanda peşəkar futbol məşqçisi olmağa hazırlaşdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB