2013-cü il may ayının 10-da bütün zamanların ən böyük Azərbaycanlı dahisi, xalqımızın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olur. Bu sadəcə 90 ilə sığan bir böyük şəxsiyyətin ömrü, bir siyasi dühanın həyatını ifadə edəcək yubiley rəqəmi deyil, hər il xalqımız və ölkəmiz üçün tarixə çevrilən böyük bir epoxanı təcəssüm etdirən tarixdir. Ulu öndər Heydər Əliyev xalqı və ölkəsi üçün öz elmi-nəzəri, əməli-siyasi irsi ilə zəngin miras, müstəqil Azərbaycan kimi tarixi əmanət qoyub. Xalqımız yaşadıqca zaman-zaman bu irsi öyrənərək, həmin əmanətə sahib çıxaraq Ümummilli lider Heydər Əliyevin müstəqillik və azadlıq ideyalarını daim yaşadacaq.
Bu baxımdan Ulu öndərin doğum günü ərəfəsində xalqımız və ölkəmiz öz dahi rəhbərinin yubileyini böyük coşqu və bayram təntənəsi ilə qeyd edir.
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər Təşkilatında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı yubiley ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli "Heydər Əliyev və Yeni Azərbaycan Partiyası", Naxçıvan Dövlət Universitetinin prorektoru, Naxçıvan MR Ali Məclisinin deputatı, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev "Heydər Əliyev və müstəqil Azərbaycan", Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov "Milli dövlətçiliyin banisi Ulu öndər Heydər Əliyev", Naxçıvan şəhər 17 saylı tam orta məktəbin direktoru Aynurə Mustafayeva "Əbədiyaşar Ümummilli lider Heydər Əliyev", Naxçıvan Dövlət Universiteti iqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə "Heydər Əliyevin inkişaf strategiyası Naxçıvanda sürətli yüksəliş və yeniləşmənin əsasıdır" mövzusunda elmi məruzələr ediblər.
Məruzələr Ümummilli liderin həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən slaydlarla müşayiət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB