YAP Quba rayon təşkilatında tədbir keçirilib FOTO

YAP Quba rayon təşkilatında tədbir keçirilib FOTO

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı tərəfindən Quba Müalicə Mərkəzi, Quba Dövlət Sosial İqtisadi Kolleci ilk partiya təşkilatlarında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra böyük uğurlara nail olub. Bütün bunların da səbəbi dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevdir.

Onun yenidən Azərbaycanda hakimiyyətə gəlməsi ölkədə baş verən özbaşnalıqlara, xaosa son qoydu və yenicə müstəqillik qazanmış Azərbaycanda parçalanma aradan qaldırıldı. Ulu Öndər tərəfindən sosial-iqtisadi layihələr keçirildi, əsrin müqaviləsi imzalandı və bununlada Azərbaycanın Avropa ölkələrinə inteqrasiyasının əsası qoyuldu.

Təşkilat sədri qeyd edib ki, o, dövrdən bu siyasət yüksək templə inkişaf edir və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün Azərbaycanda bütün sahələr elm, səhiyyə, iqtisadiyyat və xarici siyasət uğurla davam etdirilir. Məhz görülən bu işlərin nəticəsidir ki, Azərbaycan hazırda iqtisadi-inkişaf tempinə görə birinci, Avropa ölkələri arasında isə ön mövqelərdə durur".

Daha sonra Ədalət Nəbiyev qeyd edib ki, Azərbaycanın gələcək inkişafı üçün yüksək intellektə malik vətənpərvər gənclər gərəkdir. Çünki gənclərimizi Azərbaycanın gələciyi adlandıran böyük siyasi xadim Ulu Öndər Heydər Əliyev, gənc nəslin sağlam əqidəli və mükəmməl təhsil almasına daim qayğı göstərib, istedadlı gənclərin xaricdə təhsil alması üçün böyük kömək göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə