Bu gün Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən bu ilin mart-aprel aylarında keçirilmiş "Gənclərin təşəbbüsləri" qısametrajlı sosial filmlər festival-müsabiqəsinin qaliblərinin mükafalandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, festival-müsabiqə Azərbaycan hökünəti və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın 20 illik yubileyinə həsr olunub.
Tədbirdə çıxış edən Gənclər və idman naziri İntiqam Babayev deyib ki, festival-müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini uşaq və gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdən ibarətdir: "Müsabiqə çəçivəsində hazırlanmış filmlər Gənclər və İdman Nazirliyi və UNİCEF-in fəaliyyət istiqamətinə uyğun mövzuları əhatə edib. Festival qaliblərini müəyyənləşdirmək üçün müvafiq təşkilatların nümayəndələrindən ibarət münsiflər heyəti yaradılıb və Nazirlik tərəfindən üç qalib filmin müəllifləri pul mükafatı və diplomlarla təltif olunublar".
Mərasimə bədii hissə ilə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB