İntiqam Babayev: “Bakıda 14 Gənclər evi inşa ediləcək”

İntiqam Babayev: “Bakıda 14 Gənclər evi inşa ediləcək”

"Azərbaycan Gəncliyi Dövlət proqramı çərçivəsində Bakıda 14 Gənclər evi inşa ediləcək". Bunu SİA-ya Azərbaycn Gənclər və İdman nazirinin müavini İntiqam Babayev yeni Gənclər evinin inşası ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bununla yanaşı regionlarda, şəhərlərdə yerli hakimiyyət nümayindələrinin təşəbbüsü ilə işlər davam etdirilir: "Gənclər üçün sosial xidmət vasitəsi olaraq 20 Gənclər evi və gənclər mərkəzi mövcuddur. Biz çalışırıq ki, müəssisələrin qapıları hər zaman açıq olsun və regionlarda da gənclərin bir araya gəlməsi, fikir mübadiləsi aparması üçün müvafiq məkanlar olsun. Bütün gənclər müəssisələri tam maddi texniki vasitələrlə təchiz olunub. Biz çalışırıq ki, yerli icmalarımızda olan gənclər də burada aktiv iştirak etsinlər".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə