Türkiyənin Tələbə Birliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir FOTO
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəvəti ilə Türkiyənin Tələbə Birliyinin (TTB) sədri Nihat Buğra Ağaoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 1-5 may tarixlərində ölkəmizdə səfərdədilər. ATGTİ-dən SİA-ya verilən məlumata görə, səfərləri çərçivəsində türkiyəli qonaqlar ATGTİ daxil olmaqla, ölkəmizin aparıcı QHT-ləri və dövlət qurumları ilə görüşəcək, ikitərəfli əlaqələrin inkişaf modellərini, yeni prespektivlərini müzakirə edəcəklər.
TTB nümayəndə heyəti artıq AR Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüb, Azərbaycan -Türkiyə tələbə özünü idarəetmə strukturları arasında mövcud əlaqələrlə tanış olublar. Bundan əlavə, qonaqlar Gənclər və İdman Nazirliyində, nazir müavini İntiqam Babayevlə də görüşüblər.
Qeyd edək ki, ATGTİ Türkiyənin müxtəlif tələbə QHT-ləri ilə artıq əməkdaşlıq edir, ittifaqın üzvləri Türkiyənin Rize, Trabzon, Konya, İstanbul və Ankara şəhərlərində keçirilən bir çox beynəlxalq gənclər tədbirlərində iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB