YAP Şəmkir rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTO
Bu gün Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə əklil və gül dəstələri qoyaraq, Ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Daha sonra konfrans öz işini Şəmkir şəhər Əhməd Cavad adına Mədəniyyət evində davam etdirib.
Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısı Nazim Veyisov müstəqil müasir Azərbaycanın memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışıb. O, bildirib ki, Ümummilli lider Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada tanınmış və artıq öz sağlığında tarixə düşmüş şəxsiyyətdir. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb: "Ümummilli lider Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müstəqil müasir Azərbaycanı bəxş edib. Ulu Öndər bugünkü güclü, qüdrətli Azərbaycanı yaradıb, inkişaf etdirib və bütün dünyaya tanıtdırıb. Ümummilli liderin adı və şərəfli həyat yolu Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək və Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaq".
N.Veyisov həmçinin qeyd edib ki, təməlini Ulu öndər Heydər Əliyevin qoyduğu milli dövlətçilik ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının daxili və xarici siyasəti sayəsində müstəqilliyi tam təmin olunan Azərbaycan durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.
Daha sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə, mədəniyyət və humanitar məsələlər üzrə müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".
Daha sonra çıxış edənlər Şəmkir rayon Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Aybəniz Nəsibova, Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Nüşabə Seyidova, Şəmkir Su Elektrik Stansiyasının müdiri Misir Yusifov və digərləri müasir Azərbaycanın memarı olan Heydər Əliyev ümummilli lider və millət qəhrəmanı kimi tarixin şərəfli taxtına ucaldığını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB