Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasınını 90-cı il dönümü münasibətilə simpozium keçirilib. Simpoziumun iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib və məzarları önünə gül dəstələri qoyublar.
2 gün davam edəcək simpoziumda Türkiyənin Hacəttəpə Universitetinin, Ankara Universitetinin, Şimali Kipr Türk Cumhuriyyətinin Yaxın Doğu Universiteti və Dağıstan Dövlət Universitetindən ümumilikdə 50-yə qədər nümayəndə iştirak edib. Univertsitetin tələbə xoru Ulu Öndərə həsr olunmuş "Ürəklərdə daim yaşa!" mahnısı səsləndirib.
ADPU-nun professor-müəllim heyətinin, ictimai-siyasi xadimlərin və tələbələrin iştirakı ilə keçirilən simpoziumda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov Ulu Öndərin Azərbaycan dövlətçiliyi sahəsində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd olunub ki, müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ümummilli Lider Heydər Əliyev ölkəmizi ən çətin durumdan çıxaraq dünyanın ən qabaqcılı ölkələrindən birinə çevirib. Bu siyasət bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən yüksələn xəttlə inkiaş etdirilir. Məhz bunu nəticəsidir ki, bu gün dünyada Azərbaycan söz sahibi olan dövlətə çevrilib.
Simpoziumda Qafqaz Universitetinin rektoru Ahmed Sanıç və Hacəttəpə Universitetinin dekanı, professor Ayşə Kran da çıxış ediblər.
Qeyd edək ki, simpoziumun açılışı, plenar iclası və bölmə iclaslarının bir hissəsi bu gün ADPU-da keçirilib. Bölmə iclaslarının davamı, simpoziumun yekun iclası isə mayın 4-də Qafqaz Universitetində keçiriləcək. Xatırladaq ki, Ulu Öndər Heytdər Əliyevin doğum günü ilə bağlı simpozium 2010-cu ildə Türkiyənin Hacəttəpə Universitetində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB