Bu gün Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov Heydər Əliyevin xalq və vətən qarşısındakı tarixi xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyimizin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verirlər.
Onun sözlərinə görə, Bakı Dövlət Universiteti də bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir: "Xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var. Biz fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub. Bu gün Heydər Əliyevin siyasi kursu ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı və dövləti də hər zaman bu siyasətə sadiq qalacaq".
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov isə çıxışında bildirib ki, bu günlərdə ölkənin hər bir yerində qeyd edilən Dahi şəxsiyyət Heydər Əliyevin yubiley tədbirlərinin hər biri, onun xatirəsinə xalq tərəfindən hörmət və etibarın bariz nümunəsidir: "Bundan əlavə, tədbirləri ölkədə həyata keçirilən Ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməsi kimi qiymətləndirirəm. Bu da ümumxalq sevgi və məhəbbətinin bariz nümunəsidir. Azərbaycanın müasir tarixi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev tarixin, zamanın Azərbaycan xalqı və dövləti qarşısında ayrı-ayrı dövrlərdə irəli sürdüyü vəzifələrin həlli üçün böyük fədakarlıq göstərib. Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, milli ruhun yüksəldilməsini, azərbaycançılıq ideologiyası konsepsiyasının hazırlanması və digərlərini qeyd etmək olar".
Tədbirin davamında isə BDU-da Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirilən "BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev" adlı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, qaliblərə mükafatları millət vəkilləri Fəttah Heydərov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Musa Quliyev və digər qonaqlar təqdim edib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB