Nazir Şirvanda vətəndaşları qəbul edəcək

Nazir Şirvanda vətəndaşları qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov mayın 15-də Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, qəbul mayın 15-də saat 11:00-da Şirvan şəhərində yerləşən Mərkəzi Mədəniyyət evində (Gülbala Şıxbalaoğlu küçəsi 14) Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşlar üçün olacaq.

Qəbula gəlmək istəyən vətəndaşların [email protected] elektron poçt ünvanı, 168 saylı "Qaynar xətt", həmçinin Nazirliyin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16, əlaqə tel: 070- 376-09-80 və 021-21-6-22-47) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə