"Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları"

"Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları"

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov, QHT və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Konfransın keçirilməsində əsas məqsəd, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi tarixində güclü iqtisadiyyatının yaradılmasında, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında rolu, geniş miqyaslı mülkiyyət islahatlarının, dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində atdığı tarixi addımlar, qəbul edilən qərarlar, aparılan tədbirlərin sosial-iqtisadi aspektlərinin və onların nəticələrinin bir daha ictimaiyyətə çatdırılmasıdır.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Tədbirdə əvvəlcə Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov Azərbaycan iqtisadiyyatının dirçəldilməsi və inkişafında, mülkiyyət islahatlarının həyata keçirilməsində, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında Ulu öndərin əvəzedilməz rolu və xidmətlərindən danışıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə