Bu günün hava praqnozu

Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə Abşeron yarımadasında mayın 5-dək gözlənilən sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə